Sədr çıxış edərkən, arvadı zəng etdi

Sədr çıxış edərkən, arvadı zəng etdi
Avropa İttifaqının Komissiyasının sədri Jan-Klod Yunker Aİ-nin Ərəb Birliyi Sammitində çıxış edərkən həyat yoldaşından zəng gəlib.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, çıxışını yarımçıq saxlayıb, qısa telefon danışığından sonra üzünü zalda əyləşənlərə tutan sədr "Gözlənilən şübhəli həyat yoldaşım", açıqlamasını verərək hər kəsi güldürüb.

Qeyd edək ki, bu, Yunkerin başına gələn ilk belə hadisə deyil. O, 2017-ci ildə də çıxış edərkən telefonuna zəng gəlmiş və "Üzr istəyirəm arvadım zəng edir, xeyr Merkel imiş" deyərək, yenə hamını güldürmüşdü.

Qaynarinfo

OXŞAR XƏBƏRLƏR