Kim Çen In Trampla görüşmək üçün Vyetnama gəlib

Kim Çen In Trampla görüşmək üçün Vyetnama gəlib
Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla ikinci görüşünün keçiriləcəyi Vyetnama gəlib.

Sfera.az xəbər verir ki, bu barədə "Ryonhap" agentliyi bildirib.

Məlumata görə, Kim Çen In qatarla Lonq-Son əyalətinə gəlib. Bundan sonra o, avtomobilə minib və kortejlə Hanoya yollanıb.

Qeyd edilir ki, Kim Çen In bir neçə saat sonra Vyetnamın paytaxtına gələcək.

Kim Çen Inın gözlənilən səfəri ilə əlaqədar Vyetnam hökuməti Çin sərhədindəki Donqdanq dəmir yolu stansiyasını müvəqqəti olaraq bağlayıb.


OXŞAR XƏBƏRLƏR