Kapital Bank KOS (SME) Məhsullarının yaradılması üzrə mütəxəssis axtarır!

17:08 / 25.02.2019
2806
Kapital Bank namizədləri Bank Məhsulları Departamentində Bank Məhsulları departamentində KOS (SME) məhsullarının yaradılması üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
SME məhsulların xüsusiyyətlərini və şərtlərini idarə etmək və daimi yeniləmək;
Mövcud və yeni məhsulların filiallara təqdim edilməsi üçün təlim materialların, broşurların, təlimatların hazırlanılması;
Müştərilərin sahibkarlıq fəaliyyəti üzrə innovativ servislərin yaradılması;
Məhsulun xüsusiyyətlərinin, şərtlərinin və qaydalarının vaxtında yenilənməsini təmin etmək məqsədilə SME satış komandası və filiallarla daimi əlaqədə olmaq;
Mövcud məhsulların inkişafını təmin etmək üçün və yeni məhsulların hazırlanması üçün bazar araşdırmalarının aparılması;
SME məhsulları sahəsində biliklərin daimi inkişafı;
Bank işi kurslarımız üçün daxil olun: //banco.az/az/bank-isi-kursu
Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun.
Tələblər:
Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya İnformatika sahəsində ali təhsil;
Yüksək ünsiyyətqurma bacarıqları;
SME məhsulların və xidmətlərin yaradılmasında ən azı 2 illik iş təcrübəsi;
SME məhsullarının satışı üzrə iş təcrübəsi arzuolunandır;
Maliyyə uçotu üzrə biliklər arzuolunandır;
Vergi qanunvericiliyi üzrə biliklər arzuolunandır;
Analitik düşünmə və riyazı təhlil qabiliyyəti;
Əla səviyyədə Azərbaycan dili biliyi, İngilis və Rus dili biliyi – arzuolunandır.
CV-lərinizi, mövzu hissəsində "Bank Məhsulları departamentində KOS (SME) məhsullarının yaradılması üzrə mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.