Dünyanın ən sağlam ölkələri açıqlandı - SİYAHI

Sağlıq
19:15 / 25.02.2019
3740
"Bloomberg” agentliyi əhalinin sağlamlıq vəziyyətinə görə ölkələrin reytinqini açıqlayıb.
Sfera.az bildirir ki, ilk yerdə ötən illə müqayisədə beş pillə qalxan İspaniya var. Ondan sonra İtaliya gəlir. Onluğa İslandiya, Yaponiya, İsveçrə, İsveç, Avsraliya, Sinqapur və İsrail daxildi.
Reytinq Beynəlxalq Səhiyyə Təşkilatının və Dünya Bankının statistikası əsasında tərtib olunub. Bu zaman bəzi faktorlar və risklər nəzərə alınır. Məsələn, əhalinin uzunömürlülüyü, sanitar və ekoloji şərait, insanların tibbi xidmətə, təmiz suya alçatımlılığı, köklükdən əziyyət çəkənlər, tütün məmulatları çəkənlər və çəkməyənlərin sayı diqqətə alınır.
Sfera.az