Naftalanda məcburi köçkünlər üçün tibbi müayinə keçirildi

Naftalanda məcburi köçkünlər üçün tibbi müayinə keçirildi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 25-də Naftalan şəhərində məcburi köçkünlərin tibbi müayinəsi keçirilib. 

Sfera.az bildirir ki, tibbi aksiyanın təşkilində məqsəd məcburi köçkünlərə yaşadıqları ərazidə yüksək keyfiyyətli səhiyyə xidmətindən istifadə etmək imkanı yaratmaqdır. Sağlam vətəndaş – sağlam cəmiyyət, sağlam cəmiyyət – güclü və qüdrətli dövlət deməkdir. Azərbaycanda əhalinin sağlamlığının qorunması dövlətin sosial siyasətinin prioritetlərindəndir. Bu məqsədlə səhiyyə sistemi təkmiləşdirilir və inkişaf etdirilir, vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilməsi üçün təsirli tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırığı ilə hər il respublika əhalisi hərtərəfli tibbi müayinəyə cəlb olunur. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin müayinə və müalicəsində Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çox böyük xidmətləri vardır.
Məcburi köçkünləri müayinə etmək məqsədilə Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasından ezam olunmuş 20 nəfərdən ibarət həkim briqadasının öz işini yüksək səviyyədə yerinə yetirməsi üçün Naftalan Şəhər Mərkəzi Xəstəxanasında zəruri şərait yaradılıb. Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxana ötən ilin iyununda istifadəyə verilib. 

Naftalan şəhərində müayinəyə burada və ətraf ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər cəlb ediliblər. Bundan əvvəl məcburi köçkünlər üçün tibbi aksiyalar Bakının Qaradağ rayonundakı "Qobu Park” yaşayış kompleksində, Müşfiq qəsəbəsində, Binəqədi rayonunun Mehdiabad qəsəbəsində təşkil edilib. Belə aksiyalar digər bölgələrdə də keçiriləcəkdir.

OXŞAR XƏBƏRLƏR

4-cü dəfə burun əməliyyatına girəcək

Əməkdar artist Nigar Şabanova yenidən cərrah bıçağı altına uzanacaq.   Sfera.az xəbər verir ki, sənətçi bu barədə özü məlumat verib.   ...

Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə dünyasını dəyişdi - Masallıda FACİƏ

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.   Sfera.az “qafqazinfo.az”a istin...

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...