"Kamilə mesaj yazan xanımlar övladıma qurban olsun" - Gülay

"Kamilə mesaj yazan xanımlar övladıma qurban olsun" -  Gülay
Müğənni Gülay Zeynallı və idmançı həyat yoldaşı Kamil Zeynallı “Yeri gəlmişkən” verilişinin qonağı olub. Sfera.az-ın məlumatına görə, K.Zeynallı xanımının onu qısqandığını etiraf edib:

“Aramızda söz-söhbət qısqanclıqdan olub. Bəylər özünü hər zaman haqlı çıxarmağa çalışır. Kişi özünə fikir verəndə qadın qısqanır. Mənim də qısqandığım anlar olur. Ailəsinə bağlı bəydə bu hislər olmalıdır. Həddini aşmamalısan ki, onu bezdirməyəsən. Öz xanımımla şəhərə çıxanda qızlar yaxınlaşır, salamlaşır. Qısqansa da, Gülay başa düşür ki, mənim işim xanımlarladır. Bir dəfə telefonumda mesaj görmüşdü. Amma mən o xanıma cavab verməmişdim. Silməyi unutmuşdum. Çox əsəbiləşmişdi. Bir həftə evdə söz-söhbət oldu. Axırda münasibətimiz düzəldi”.

G.Zeynallı həyat yoldaşının etirafına münasibət bildirib:

“Efirdə ailə haqda danışmağı sevmirəm. Hər ailədə söz-söhbət olur. Problemi həll etmək lazımdır. Hər xırda davada boşanmaq olmaz. Kamilin bu söhbəti danışacağını gözləmirdim. O mesaj yazan xanımlar mənim övladıma qurban olsun. Bu halları görəndən sonra qadın güclü olur. Düşüncəsi olan qadın yazmaz ki, ailəsi var. Evli birinə yazmaqla sən nə qazanırsan? Heç vaxt Kamilin telefonuna baxmıram. Bilirəm ki, nəsə olacaq. Ya gərək boşanasan, ya da dərd çəkəsən. Ailəni dağıtmaq istəyirəmsə, bütün günü telefonuna baxaram. İstəmirəm... Özümü boş yerə cürütmək istəmirəm".
 SFERA.AZ

OXŞAR XƏBƏRLƏR

Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.   Sfera.az s...

Yerə asteroid yaxınlaşır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   Sfera.az xəbər verir ki, b...

“Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir - ŞƏRH

Bu gün “Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti bu müq...

Zelenski: "Ukraynanın Qələbə Planı müttəfiqlərin sürətli qərarlarından asılıdır"

Ukraynanın Rusiyaya qarşı müharibədə Qələbə Planı müttəfiqlərin bu il qəbul edəcəyi sürətli qərarlardan asılıdır.   Sfera.az “Reuters“ə i...

Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ - FOTO

Yol qəzalarının acı nəticələri ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz ...

Baş nazirin I müavini MDB İqtisadi Şurasının iclasında iştirak etdi

Bu gün Baş nazirin I müavini Yaqub Eyyubov Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 103-cü iclasında iştirak edib.   Sfera.az-ın report-a i...