Vətəndaşların 100 milyon dollara yaxın borcları silindi
Dünya
08:11 / 25.02.2019
2283
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyəti böyük banklarla vətəndaşların 100 milyon dollara yaxın borcların silinməsi ilə bağlı razılığa gəlib.
Sfera.az bildirir ki, "borc amnistiyası" proqramına kredit təşkilatlarına borcu olan 3 mindən çox insan düşüb.
Hakimiyyət qeyd edib ki, təşəbbüs vətəndaşların "layiqli həyat səviyyəsinin təmin olunması" üçün həyata keçirilir.