Məşhur məşqiçi qovuldu
İdman
19:09 / 24.02.2019
4718
İngiltərənin "Lester" klubunun baş məşqçisi Klod Püel istefaya göndərilib. 57 yaşlı mütəxəssis Premyer-Liqanın XXVII turunda evdə "Kristal Pelas"a 1:4 hesabı ilə uduzduqları qarşılaşmadan sonra postu ilə vidalaşıb.
Fransalı baş məşqçi "tülkülər"ə 2017-ci ilin oktyabrından rəhbərlik edir. Hazırda "Lester" turnir cədvəlində 32 xalla 12-ci yerdədir. İlk pillədə isə 65 xalla "Mançester Siti" qərarlaşıb.
Qeyd edək ki, Klod Püell əvvəllər Fransanın "Monako", "Lion", "Nitsa" və İngiltərənin "Sauthempton" komandalarında fəaliyyət göstərib.