Rusiya prezidentinin eks-səlahiyyətli nümayəndəsi saxlanıldı
Dünya
12:35 / 23.02.2019
2714
Moldova hüquq-mühafizə orqanlarının əməkdaşları Kişinov hava limanında Rusiya prezidentinin Saxalində keçmiş səlahiyyətli nümayəndəsi Vitaliy Quliyi saxlayıb. Bu barədə "TASS” agentliyinə onun vəkili Daqir Xasavov məlumat verib.
Vəkilin sözlərinə görə, V. Quliy Rusiyada ekstremizmdə təqsirləndirilir: "Vitaliy Quliy bu gün Kişinova uçurdu. Lakin aeroportda Moldova hüquq-mühafizə orqanlarının əməkdaşları onu səbəb demədən saxlayıblar”.
Qeyd edək ki, V. Quliy 19991-1993-cü illərdə Rusiya prezidentinin Saxalində səlahiyyətli nümayəndəsi vəzifəsini daşıyıb.