Fransa ilə Almaniya birləşdi - SƏBƏB

Fransa ilə Almaniya birləşdi - SƏBƏB
Almaniyanın müdafiə naziri Ursula von der Leyen və Fransanın müdafiə naziri Florense Parli bu yaxınlarda Avropanın yəqin ki, ən iddialı birgə müdafiə layihəsini açıqladılar. İki ölkə 6-cı nəsil döyüş təyyarəsi hazırlayacaq. Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel birgə istehsal barədə ilk dəfə 2017-ci ildə açıqlama vermişdilər.

Hələlik konsepsiya mərhələsində olan 6-cı nəsil təyyarə anlayışı və bu sıçrayışın həyata keçməsi üçün lazım olan texnoloji inkişaflar həqiqətən də XXI əsrin "hərbi çevrilişi" (Revolution in Military Affairs - RMA) mənasını verə biləcəyini göstərir. Avropanın indiyə qədər geridə qaldığı qlobal güc rəqabətinə qoşulmağa yönələn bu təşəbbüs adi ikitərəfli müdafiə investisiyasından daha böyük məna daşıyacaq.

6-cı nəsil hava hərbi: insanın sərhədlərindən irəli getmək

Yaxın vaxtlarda dünyadakı silahlı qüvvələrin istifadəsinə verilən (F-22, F-35, və Çinin J-20-si kimi) 5-ci nəslin yeniliklərini "həzm etmək" mübarizəsi apardığı düşünüldükdə, 6-cı nəsil döyüş təyyarələrinin və yeni nəsil hava mübarizəsinin hələ konsepsiya səviyyəsində olduğunu görürük. Gələcək 6-cı nəsil platformalar və hava hərbi sistemləri yəqin ki, 5-ci nəsil təyyarələrin onsuz da inqilab xarakterli xüsusiyyətlərinə əlavə olaraq yeni texnoloji imkanlara sahiblənəcək.

Bəs, inventarlara indi daxil edilən 5-ci nəsil təyyarələr hərbi sahəyə nələr gətirir? Həmçinin 6-cı nəsildən daha çox nə gözləməliyik?

F-35-in dizayn fəlsəfəsi bu məsələdə önəmli ipucu verir. Beşinci nəsil təyyarələrin ən əsas xüsusiyyətləri "stealth" (gözəgörünməz) qabiliyyətləri, təhlükəli hava məkanlarına girə bilmək məsələsində artırılmış üstünlük və şəbəkə sistemində iş sistemidir. Bu təyyarələrin istehsalçıları radara düşmək mümkünlüyünü minimuma endirməyə, göyərtəni ən son texnologiyaya malik sensorlarla təchiz etməyə, həm təyyarələrin proqramlarını, həm də şəbəkə xüsusiyyətlərini artırmağa yönəliblər. Ən əhəmiyyətlisi isə 5-ci nəsil Hərbi Hava Qüvvələri şəbəkə mərkəzli hərb üstünlüyünə sahib olacaq. Çünki informasiya üstünlüyü (information superiority) anlayışı, 5-ci nəsil anlayışının (xüsusilə də F-35-in) mərkəzində durur. Digər tərəfdən stels texnologiyaların sürətlə inkişafı hava müharibəsini hər zamankından daha mürəkkəb hala gətirir.

Altıncı nəsil nəzəri olaraq bir çox cəhətdən 5-ci nəsil təyyarənin qabiliyyətlərindən daha irəli gedəcək. Mövcud ədəbiyyat göstərir ki, 6-cı nəsil platformaların pilotla idarəsi istəyə bağlı olacaq. Bu da həm pilotlu, həm də pilotsuz uça bilmək mənasına gəlir. Əgər edə bilsələr, belə bir irəliləyiş dünya hava qüvvələrinin müharibə sistemlərində çox kritik bir keçidə işarə edəcək. Bununla yanaşı, pilotsuz olması itki riskləri ilə bağlı anlayışımızı kökündən dəyişdirəcək. Həmçinin dünyanın müxtəlif bölgələrindəki anqajman qaydalarını (Bir ölkənin başqa bir ölkənin hava məkanını pozması və ya o ölkənin ərazisində təhdid kəsb etməsi zamanı yaranan hərbi reaksiyanın şərtlərinin müəyyən olunması.) yenidən formalaşdıracaq. 6-cı nəsil təyyarələrlə əlaqədar məlumatlar bu platformaların 5-ci nəslin şəbəkə xüsusiyyətlərini, dron və peyklərlə işləmək qabiliyyətlərini daha da gücləndirəcəyini göstərir. Altıncı nəsil təyyarələrin diqqət çəkən ehtimal xüsusiyyətlərindən biri də dronların sürü şəklində hücumları (swarm attack) üçün platforma rolunda çıxış etməsidir. Yəqin ki, istiqamətləndirilmiş enerji silahları da (directed energy weapons - DEW) quraşdırılacaq.

Şübhəsiz, bu cür mürəkkəb vəzifələri uğurla idarə edə bilmək və külli miqdarda məlumatla məşğul olmaq bir insanın qabiliyyətləri xaricindədir. Beşinci nəsil təyyarələrdən öncə müdafiə sənayesi və aviasiya mütəxəssisləri bu problemi 3-cü və 4-cü nəsillərin bəzi platformalarına birdən çox ekipaj yerləşdirərək, dolayısıyla kabinada vəzifələri paylaşdıraraq həll etmək istəyirdilər. Amma 5-ci nəsillə bu problem həll edildi və bir nəfərlik layihələrin icrası başladı. Əgər 6-ci nəsil bu tendensiyanı təqib etsə - nəzər alsaq ki, daha mürəkkəb döyüş meydanında pilot külli miqdarda məlumatı analiz etmək və çoxsaylı vəzifələri icra etmək məcburiyyətində qalacaq - bu vəziyyətdən yeganə çıxış yolu süni intellekt gücünü və insan-maşın əməkdaşlığını inkişaf etdirməkdən keçir.

Fransa və Almaniya buna nail ola bilərmi?

Almaniya və Fransada mövcud hökumətlər 6-cı nəsil döyüş təyyarəsinin birgə istehsalı üçün möhkəm siyasi dəstək sözü verdilər. Bununla yanaşı, ciddi maneələrin də nəzərə alınması lazımdır. Əvvəla, Almaniya və Fransanın müdafiə ixrac siyasəti və bu sahədə malik olduqları manevrlər qabiliyyətləri çox fərqlidir. Yəqin ki, Fransa müdafiə sənayesindəki nəhəng idarəçilər sırf Almaniya siyasətindəki həssaslıqlara görə, başda Körfəz olmaqla qazanclı bazarları itirmək istəməyəcək. İkincisi, Almaniya siyasi-hərbi elitası və hələ də dəniz gücünə önəm verən Fransa müdafiə layihəçiləri bir-birindən çox fərqli mövqelərə malikdirlər. Buna görə də tərəflərin planlaşdırılan birgə platformadan texniki gözləntiləri fərqli ola bilər. Üçüncüsü, Avropada daha geniş bir əməkdaşlıq mühiti yaratmaq üçün Birləşmiş Krallıqla, Londonun gözlənilən 6-ci nəsil döyüş təyyarəsi "Tempest" (Fırtına) ilə əlaqədar əməkdaşlığa başlamaq, xüsusilə də mövcud Brexit şəraitində problem ola bilər. İspaniyanın Fransa-Almaniya proqramına qoşulmaq qərarı da bu baxımdan diqqət çəkir. Görünən odur ki, İspaniya Müdafiə Nazirliyi bu investisiyaların gətirəcəyi daimi gəlirə görə ona qoşulacaq. Ancaq siyasi baxımdan, əgər Paris və Berlin 6-cı nəsil yeni qırıcını "Avropa Ordusunun hava donanması" kimi irəli sürsələr, əməkdaşlıq məqsədilə Londonu özlərinə tərəf çəkmələri qeyri-mümkün olacaq.

6-cı nəsil döyüş təyyarələri qlobal güc mübarizəsi ilə bilavasitə bağlıdır

Nəticə olaraq deyə bilərik ki, Paris və Berlin 5-ci nəsil yarışında aradakı boşluğu bağlamağa çalışmadan, hazırda 4-cü və 5-ci nəsil ("Dassault Rafale" və "Eurofighter Typhoon") təyyarələrlə təchiz olunmuş hava qüvvələrini birbaşa 6-cı nəsil təyyarələrlə yüksəltməyə qərar verdilər.

Avropa qitəsinin iki gücü olan Almaniya və Fransa üçün 5-ci nəsil trendini aşaraq 6-ci nəslin üfüqlərinə uzanmaq həm çox cəsarətli, həm də riskli həmlədir. Müdafiə sənayesi baxımından bu iki ölkənin 6-cı nəsil təyyarəni ən yeni xüsusiyyətlərə sahib şəkildə 2030-cu illərin sonlarında və ya 2040-cı illərin əvvəllərində istifadəyə verməsi lazımdır. Bundan başqa, 6-cı nəsil döyüş təyyarəsi inşa etmək, "kabus təyyarə" gövdəsi hazırlamaqdan daha artıqdır. Buna nail olmaq üçün dron sürüləri istehsal etmək və 6-cı nəsil platformayla birlikdə istifadə etmək, təyyarələri möhkəm elektron hərb sistemlərlə və müasir silahlarla təchiz etmək, kiber təhlükəsizlik gücünü artırmaq çox böyük süni zəka investisiyası tələb edəcək. Bütün bunlar isə hərb sahəsində növbəti inqilab və bilavasitə qlobal güc mübarizəsi ilə bağlıdır.

Realist cəhətdən baxdıqda, Avropa indiyədək qlobal mübarizədə əsas aktyor olmağı bacarmayıb. Avropanın elə də ciddiyə almadığı bu sahədə gündəmə uzun zamandır ABŞ-Çin arasındakı rəqabət, həmçinin Rusiyanın hərbi fəallığı və hibrid müharibə anlayışları dominantlıq edir. Avropanın gələcək müdafiə planlaşdırmasında fikir müxtəlifliklərimi, yoxsa strateji çəkincəklikmi üstün gələcək, bunu zaman göstərəcək.FaktXəbər


OXŞAR XƏBƏRLƏR