Qarabağda müharibəni istəyən üçüncü qüvvə kimdir?
23:37 / 22.02.2019
3506
Xaricdən Paşinyana təsir göstərib sülhdən vaz keçməsini isətyirlər
Erməni KİV-lərinin yazdığından belə anlaşılır ki, ABŞ və Avropa Qarabağda mümkün sülhün baş tutmasına mane olmaq niyyətindədir.
Yeni baş nazir Nikol Paşinyanın Berlinə səfərini şərh edən KİV-ləri iddia edir ki, Almaniya kansleri Angela Merkel Paşiyana məsldəhət görüb ki, Qarabağ həli məsələsində tələsməsin və radikal qərarlara imza atmasın.
Radikal qərar isə istənilən halda, Dağlıq Qarabağ ətrafındakı 5 rayondan qoşunların çıxarılması ola bilər. Rusiyanın ermənipərəst "Regnum" portalının əməkdaşı Stanislav Tarasovun iddiasına görə, Azərbaycanla Rusiyanın Qarabağ nizamlanması üzrə hansısa təklifi var və Merkellə məsləhətləşən Paşinyan onlara cavab verməlidir və hələ ki, belə bir cavab ortada yoxdur.
Yəni belə çıxır ki, Paşinyan bu məsləhətlərə əsaslanaraq 5 rayondan qoşunları çıxarmaq fikrindən vaz keçir.
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
ATƏT-nin Minsk qrupunun ABŞ-ı təmsil edən keçmiş həmsədri Riçard Hoqland isə "Amerikanın səsi" radiosunda iddia edib ki, Paşinyan bu addımı atmamaqda düzgün edib.
"Uzun müddətdən sonra ilk dəfədir ki, Ermənitstanı Qarabağdan olmayan lider var. Buna görə o, ehtiyatlı olmalıdır. Məsələyə addım-addım yanaşmalıdır, radikal addımlar atmamalıdır",- deyə Hoqland vurğulayıb.
Bu iddialardan belə çıxır ki, ABŞ və Avropa Qarabağda müharibə istəyirlər. Hər halda, Nikol Paşinyan əsas strateji tərəfdaşı Rusiyanın təklif etdiyi sülh variantı ilə razılaşmasa müharibə qaçılmaz olacaq. Moskva da öz şıltaq tərəfdaşını yola gətirmək üçün Azərbaycanın hər yolu seçməsinə bir müddət mane olmayacaq. Hər halda, Moskva İrəvanla yanaşı, Bakını da etibarlı tərəfdaşına çevirmək niyyətindədir.
Qabil Hüseynli
Lakin Azərbaycanın keçmiş dövlət müqaviri, politoloq Qabil Hüseynli İstiPress-ə msüsahibəsində erməni KİV-lərinin bu iddiaları ilə razılaşmır. Politoloqun fikrincə, Paşiyan da Qarabağ məsələsində sələfləri ilə eyni fikirdədir və öz hovuz mediasının vasitəsi ilə münaqişənin həllinə Qərbin mane olduğu görüntüsünü yaratmağa çalışır.
"Qərb üçün münaqişənin dinc yolla həlli əsas prioritetdir. Çünki qərbə gedən neft-qaz xətləri münaqişə zonasının yaxınlığından keçir. Müharibə düşərsə, bu kommunikasiya xətləri birbaşa hədəfə düşə bilər. Amma münaqişənin həllinə mane olmaqda İran daha maraqlı ola bilər. Çünki İran Azərbaycanın probleminin həllini istəmir, Azərbaycanın pis gününü özü üçün xoş gün sayır. Ermənistan lideri məhz Tehranın təsiri altında verdiyi sözdən qaça bilər",- deyə Qabil Hüseynli vurğulayıb.