Erməni nazirdən inanılmaz çağırış: "Türkiyədəkilər bizə sərmayə qoymasa..."
Dünya
23:18 / 22.02.2019
2353
Fevralın 15-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Ermənistanın Daimi Nümayəndəliyində Ermənistanın Səhiyyə Naziri Arsen Torosyan şok cağırış edib.
Sfera.az xəbər verir ki, İstanbuldakı erməni icması haqqında danışan nazir deyib:
”Türkiyədəki ən çoxda İstanbuldakı erməni icması Ermənistana sərmayə qoymalıdır. Səhiyyəmizdə ciddi problemlər var. İş adamları bu sahəyə sərmayə qoymaqla Ermənistan səhiyyəsini dirçəltməlidir.Türkiyədəkilər bizə sərmayə qoymasa biz bu işin öhdəsindən gələ bilmərik.”