Prezidentin korteji yenə qəzaya düşdü

Prezidentin korteji yenə qəzaya düşdü
Moldova prezidenti İqor Dodonun olduğu kortej qəzaya düşüb.   
 
Bu barədə İqor Dodon özü "Facebook” səhifəsində yazıb.   Prezident qəza nəticəsində xəsarət almadığını bildirib:"Mən təhlükəsizlikdəyəm! Mənim olduğum avtomobil zərər görməyib. Yalnız təhlükəsizlik əməkdaşlarının olduğu avtomobil əzilib”. 
 
 Qəzanın digər təfərrüatları və xəsarət alanların olub-olmaması barədə məlumat verilmir   Xatırladaq ki, ötən ilin sentyabr ayında Moldova Prezidentinin avtomobili qəzaya uğramışdı.Trend 

OXŞAR XƏBƏRLƏR