HDP ləğv ediləcək? - Ərdoğandan kritik açıqlama

HDP ləğv ediləcək? -  Ərdoğandan kritik açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfəri öncəsi hava limanında kritik açıqlamalar verib. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident HDP-nin bağlanılması haqda edilən təkliflərə münasibət bildirib: 

“Mən partiyanın bağlanılmasını doğru hesab etmirəm, lakin partiya rəhbərləri bu işin əvəzini ödəməlidirlər. Terror təşkilatlarından dəstək aldıqlarını bildirənlər, “Biz arxamızı oraya-buraya dayayırıq” deyənlər bu ifadələrin cavabını verməlidirlər. Partiyanı yönləndirənlər önəmlidir, biz onlara qarşı tədbir görməliyik. Bu məsələ ilə bağlı parlament öz qərarını verməlidir. Onların toxunulmazlığı ləğv edilməlidir. Terrorçularla işbirliyinə gedənlər bunun cəzasını çəkməlidirlər”. 

Sfera.az


OXŞAR XƏBƏRLƏR