Hindistanda leopard ticarət mərkəzini gəzdi - VİDEO
16:25 / 22.02.2019
3498
Hindistanda alış-veriş mərkəzinə girən leopard həyəcan dolu anlar yaşadıb.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, Maharaştra ştatının Thane şəhərindəki Korum adlı ticarət mərkəzinə soxulan vəhşi heyvanı görən təhlüksizlik işçiləri bununla bağlı polisə xəbər veriblər.
Mərkəzin açılışından bir neçə saat əvvəl gələn leopard mərtəbələri gəzdikdən sonra oradan çıxaraq yaxınlıqdakı otelə girib. Polislə birgə otelə girən zooparkın işçiləri heyvanı yatızdıcırı tüfənglə vurublar.