“Hünər Qüllələri”nin bünövrəsi belə qoyuldu - FOTO - VİDEO

“Hünər Qüllələri”nin bünövrəsi belə qoyuldu - FOTO - VİDEO
"Hünər Qüllələri” ən müasir tikinti texnologiyalarından və Avropa istehsalı olan brend markalı tikinti materiallarından istifadə olunaraq inşa olunur.
 
Sfera.az xəbər verir ki, layihənin baş məsləhətçisi qismində mühəndis və memarlıq layihələndirilməsi üzrə Böyük Britaniyanın dünyaca tanınmış ATKINS şirkəti çıxış edib. Buna görə də tikinti prosesində AKTINS layihəsinin tələblərinə uyğun olaraq Avropa standartları tədbiq edilir. Hazırda davam edən tikinti prosesinin svay vurma mərhələsində dəmir konstruksiyalı betonlama üsulundan istifadə olunur. Bu üsul binanın ümumi fundamentinin möhkəmliyi üçün önəmli mərhələdir. "Hünər Qüllələri”ndə bünövrə altına vurulan svay sayı standartlardan olduqca yüksəkdir. Belə ki, svay sayı binanın ümumi yükündən daha çox ağırlığa uyğun olaraq hesablanıb. Bu da zəlzələ və ya digər fövqəladə hallarda seysmik davamlılığı müvafiq dərəcəyə yüksəldir.

Binanın beton örtüyündə hazır qəliblərdən istifadə olunacaq. Bu da həm yüksək keyfiyyətli, həm də hamar və qüsursuz beton səthi yaradır. Bu beton səthi həmçinin, kəsintisiz divar təbəqəsi ilə daha gözəl görüntünü təmin edir. Havalandırma xüsusiyyəti olan fasad örtüyündə isə kimyəvi qatqısız preslənən daş yunundan istifadə olunacaq. Bu cür fasad örtüyünün nəm tumaması və yüksək buxar keçiriciliyi divarların diffuziya müqavimətini artırır və nəfəs almasına şərait yaradır. Peşəkar heyət, müasir texnologiya, Avropa istehsalı olan yüksək keyfiyyətli və brend markalı tikinti materiallarından istifadə olunması layihənin zəmanətlə təhvil verilməsini təmin edir.

20 mərtəbəli "Hünər Qüllələrin”in 3-cü mərtəbəsindən etibarən başlayan 168 premium mənzil və 2 penthouse ən müasir dizaynla, tam təmirli şəkildə 30% ilkin ödəniş və 36 ayadək faizsiz kreditlə müştərilərə təqdim edilir.Mənzillərin tam təmirli şəkildə təhvil verilməsi sakinləri əlavə qayğıdan, maddi və zaman itkisindən, həmçinin təmir prosesinin səs-küyündən uzaqlaşdıracaqdır. Siz də "Hünər Qüllələri”ndən mənzil sahibi olmaq istəyirsinizsə ofisimizə yaxınlaşaraq həm alacağınız mənzillərlə, həm də Flex otaqlarla əyani şəkildə tanış ola bilərsiniz. Belə ki, satış ofisimizdə nümunə mənzillərlə Flex otaqlar yolunuzu gözləyir.


Ünvan: Bakı Ağ Şəhər, Park rayonu

Telefon: (012) 409 00 44

(050) 409 00 44


Web: www.hunergroup.az

E-poçt: [email protected]

Facebook: //www.facebook.com/hunergroup/

Instagram: //www.instagram.com/hunergroup

Youtube: //www.youtube.com/channel/UCzhwuH7cKBZPuZUfrKEkn1g


OXŞAR XƏBƏRLƏR

Bu vəzifəli şəxslərin məhkəmələri başlayır

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı istintaq olunan cinayət işi məhkəməyə göndərilib.   Bu barədə Sfe...

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə iyulun 2-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Bu...

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...