“Hünər Qüllələri”nin bünövrəsi belə qoyuldu - FOTO - VİDEO

Binanın beton örtüyündə hazır qəliblərdən istifadə olunacaq. Bu da həm yüksək keyfiyyətli, həm də hamar və qüsursuz beton səthi yaradır. Bu beton səthi həmçinin, kəsintisiz divar təbəqəsi ilə daha gözəl görüntünü təmin edir. Havalandırma xüsusiyyəti olan fasad örtüyündə isə kimyəvi qatqısız preslənən daş yunundan istifadə olunacaq. Bu cür fasad örtüyünün nəm tumaması və yüksək buxar keçiriciliyi divarların diffuziya müqavimətini artırır və nəfəs almasına şərait yaradır. Peşəkar heyət, müasir texnologiya, Avropa istehsalı olan yüksək keyfiyyətli və brend markalı tikinti materiallarından istifadə olunması layihənin zəmanətlə təhvil verilməsini təmin edir.
20 mərtəbəli "Hünər Qüllələrin”in 3-cü mərtəbəsindən etibarən başlayan 168 premium mənzil və 2 penthouse ən müasir dizaynla, tam təmirli şəkildə 30% ilkin ödəniş və 36 ayadək faizsiz kreditlə müştərilərə təqdim edilir.Mənzillərin tam təmirli şəkildə təhvil verilməsi sakinləri əlavə qayğıdan, maddi və zaman itkisindən, həmçinin təmir prosesinin səs-küyündən uzaqlaşdıracaqdır. Siz də "Hünər Qüllələri”ndən mənzil sahibi olmaq istəyirsinizsə ofisimizə yaxınlaşaraq həm alacağınız mənzillərlə, həm də Flex otaqlarla əyani şəkildə tanış ola bilərsiniz. Belə ki, satış ofisimizdə nümunə mənzillərlə Flex otaqlar yolunuzu gözləyir.
Ünvan: Bakı Ağ Şəhər, Park rayonu
Telefon: (012) 409 00 44
(050) 409 00 44
Web: www.hunergroup.az
E-poçt: [email protected]
Facebook: //www.facebook.com/hunergroup/
Instagram: //www.instagram.com/hunergroup