Kürdəmirdə 19 yaşlı ana doğuş zamanı öldü - VİDEO

Kürdəmirdə 19 yaşlı ana doğuş zamanı öldü - VİDEO
Kürdəmir rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.

Sfera.az "Report”a istinadən xəbər verir ki, rayonun 19 yaşlı Carlı kənd sakini Nuranə Sədrəddin qızı Novruzova ötən gün saat 14:00 radələrində doğuş sancıları ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğuş şöbəsinə yerləşdirilib.

Saat 16:30-da isə doğuş baş tutub və ana 3,4 kq-lıq oğlan uşağı dünyaya gətirib. Doğuşdan təqribən 15-20 dəqiqə sonra anada boğulma halı baş verib. Həkimlər onu reanimasiya etmək istəsələr də, Nuranənin həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən baş verməsi ekspertin rəyindən sonra aydın olacaq.

Kürdəmir RMX-nin baş həkimi Eynulla Novruzov "Report"a bildirib ki, Nuranə xəstəxanaya daxil olarkən səhhəti normal olub və doğuş normal həyata keçirilib.

Qeyd edək ki, yeni doğulan körpənin vəziyyəti normaldır. Son 26 ildə Kürdəmir RMX-da ana ölümü baş verməyib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...