Nazirliyin 50 nəfərlik heyəti Xızıya yola düşdü - Meşə yanır

Nazirliyin 50 nəfərlik heyəti Xızıya yola düşdü -  Meşə yanır

Bu gün saat 12 radələrində Xızı rayonunun Dizəvər yaylağında yanğın baş verib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  daxil olan xəbərə görə, naməlum səbəblərdən baş verən yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısının alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub. 

Hazırda meşə fondu ilə sərhəd olan yaylaqda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi  və operativ işlər davam etdirilir.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Qafqazinfo"ya açıqlamasında bildirib ki, əsən külək nəticəsində yanğın qismən meşə ərazisinə keçib: "Bu gün Xızı rayonunun Dizəvər yaylağında baş vermiş yanğın küləkli hava şəraiti ilə əlaqədar daha geniş ərazini əhatə edərək qismən meşə fondu torpaqlarına keçib və kol-kos yanğına məruz qalıb. Hadisənin ciddiliyi nəzərə alınaraq ETSN-in Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək, Nazirliyin 50 nəfərlik heyəti də Xızı rayonuna yola düşüb". 

Nazirliyin sözçüsü həmçinin qeyd edib ki, yanğının daha geniş əraziyə keçməsinin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları ciddi tədbirlər görür: "Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".  //“Qafqazinfo

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...

Polis gücləndirilmiş rejimdə çalışır - DİN

Mövcud hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ölkə boyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət gü...

Zelenski: Ukrayna ABŞ-dan güclü təhlükəsizlik zəmanəti istəyir

İnanıram ki, ABŞ Prezidenti Donald Tramp münaqişənin ədalətli həllinə çalışır. Ukrayna münaqişənin həllində tərəfdaşlarından, o cümlədən ABŞ-dan güclü təhlükəsi...