“Məşqiçi məni yataqda yox, meydanda görməlidir” - Millidə qalmaqal

“Məşqiçi məni yataqda yox, meydanda görməlidir” - Millidə qalmaqal
Azərbaycan yığmasının sabiq, Bosniya və Herseqovina millisinin hazırki baş məşqçisi Robert Prosineçki "Anderlext”də çıxış edən Oqnen Vranyeşin üzünə komandanın qapılarını bağlayıb. Xorvat çalışdırıcı bunu futbolçunun tez-tez şəxsi həyatı ilə gündəmə gəlməsi ilə əlaqləndirib. 

Prosineçki bildirib ki, Vranyeş yığmaya layiq deyil: "O, şəxsi həyatı ilə belə gündəmə gəlməməlidir. Biz hamımız millinin mənafeyini düşünməliyik. Vranyeş Messidən nümunə götürsün. Daha çox futbola yer ayırmaq lazımdır”.

Vranyeş isə cavabında Prosineçkinin onun şəxsi həyatına deyil oyununa baxmalı olduğunu bildirib: "Prosineçki mənə yataqda deyil, meydanda baxmalıdır”.
Qeyd edək ki, Oqnen Vranyeşin adı "Beşiktaş”ın sabiq futbolçusu, Serbiya yığmasınını üzvü Duşko Tosiçin arvadı Yelena Karleuşa ilə seks qalmaqalında hallanmışdı. 

Həmçinin onun Çetnik dəstələrinin lideri Mamçulo Cuiçin də adını qoluna tatu etdirməsi qalmaqal yaradıb."Qafqazinfo”

OXŞAR XƏBƏRLƏR