104 və 185 qaynar xətləri işləmir-Niyə?

104 və 185 qaynar xətləri işləmir-Niyə?
"Əvvəllər qaynar xətdə zəngləri qəbul edən komutatorların sayı çox idisə, indi azalıb. Ona görə ola bilər gələn zənglərə cavab verməyi çatdırmırlar”
Sfera.az-a açıqlamasında bu sözləri "Azəriqaz” İB-nin qaynar xətlərinin işləmədiyi barədə gələn şikayətləri dəyərləndirərkən iqtisadçı ekspert Yaşar Əsədov deyib.
 
Digər tərəfdən həmsöhbətimizin fikrincə, bu cür fikirlərin yayılması təxribat xarakterli də ola bilər: 
 
"Qaz təsərrüfatı təhlükəli məkan hesab edildiyindən, həmin qaynar xətlərə də adətən təcili yardım kimi baxılır. Ona görə də həmin qurumun qaynar xətləri əhalinin hansısa zənglərini cavabsız qoyubsa, düşünürəm ki, bu yalnız insan amililə bağlı haldır. Yaxud da sifarişlər çox olduğundan kimlərsə zəng etsə də, düşə bilmir. Bu mənada həmin qaynaq xətlərin qəsdən işləmədiyinə dair ara-sıra səslənən iddialara inanmıram. Qaz təsərrüfatı sistemi təhlükəli olduğundan orada sayıqlığın qorunması mütləqdir.  Bu mənada ola bilər qaynar xətlərin işləmədiyi barədə səslənən fikirlər hardasa təxribat xarakterli söz yığnağı olaraq yayılır. Digər tərəfdən, əvvəllər qaynar xətdə zəngləri qəbul edən komutatorların sayı çox idisə, indi azalıb. Ona görə ola bilər gələn zənglərə cavab verməyi çatdırmırlar. Şüurlu sürətdə həmin xəttin qarşısını heç zaman almazlar”.

"104 və 185 çağrı mərkəzləri həftənin 7 günü və sutkanın 24 saatı ərzində fasiləsiz olaraq növbəli iş rejimində işləyir. Yalnız zənglər çox olduğu halda daxil olan çağırışlar növbəlilik prinsipi əsasında xəttə qoşulur və onlar da cavablandırılır”
 
Bunu isə sayta açıqlamasında "Azərqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalıyev deyib: 
 
"Hər hansı bir rayondan daxil olan çağırışlarla bağlı operativliyin təmin edilməsi məqsədilə də avtomatlaşdırılmış sistem vasitəsilə müraciətlər aydiyyatı üzrə yönləndirilir və məsələnin həllilə bağlı mərkəzin dispetçer xidmətinə məlumat verilir. Yəni çağrı xidmətlərimiz zəngləri tam qəbul etməsə də, fasiləsiz iş rejimində işləyir. Hazırda qaynar xətlərin işləməməsi kimi problemimiz yoxdur. Burada zənglərin çox olaraq sıxlıq yarandığını da etiraf etmirəm. Elə çox zəng də daxil olmur”.
 
Qeyd edək ki, son günlər abonentlər "Azəriqaz” İstehsalat Birliyinin qaynaq xəttinin işləməməsindən şikayət edirlər.  Dövlət qurumunun qaynaq xətləri kimi fəaliyyət göstərən 104 və 185 çağrı mərkəzləri nədənsə zənglərə cavab vermir. 
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...