10 xüsusi təyinatlıdan inanılmaz əməliyyat: Terroçular məhv edildi

10 xüsusi təyinatlıdan inanılmaz əməliyyat: Terroçular məhv edildi
Əfqanıstan ordusunun 10 xüsusi təyinatlısı dünən qeyri-adi əməliyyat keçiriblər.
 
Sfera.az xəbər verir ki, xüsusi helikopterlə  ölkənin şərqində yerləşən Nənqahar vilayətinə atılan 10 xüsusi təyinatlı  keçirdikləri  əməliyyat zamanı 9 "Taliban” üzvünü, o cümlədən 5 komandirini məhv ediblər. Daha 21 talibançı isə ələ keçirilib. 
 
Əməliyyat ötən gecə Xoqyani rayonunda həyata keçirilib.   Əfqanıstan Milli Təhlükəsizlik İdarəsi Nənqahar vilayətində öldürülən yerli "Taliban” komandirlərinin adlarını açıqlayıb. Bunlar Əsanulla Motmain, Loğman, Kari, Səlahuddin və Zərkavi adlı şəxslərdir. 


OXŞAR XƏBƏRLƏR