“Neftçi” ərəblərə qalib gəldi
Cəmiyyət
23:04 / 29.07.2015
2038
Afyonda təlim-məşq toplanışını davam etdirən "Neftçi" yoxlama görüşündə Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Faysali" ilə qarşılaşıb.
Sfera.az sport7.az-a istinadən xəbər verir ki, qarşılaşmadan qalib ayrılan tərəf bakılılar olub.
"Ağ-qaralar"a qələbəni komandanın yeni transferləri qazandırıb. Aylton və Melli hərəyə bir dəfə fərqlənə bilib. Rəqibin gücü isə yalnız bir qola çatıb - 2:1.
Xatırladaq ki, Samir Əliyevin yetirmələrinin Türkiyənin "Alanyaspor” komandasına qarşı keçirdiyi birinci yoxalama oyununda heç-heçə qeydə alınıb - 1:1