Türkiyədə kütləvi zəhərlənmə - Şagirdlərin suyuna nə töküldü?

Hadisə
14:56 / 20.02.2019
2931
Türkiyənin Bursa vilayətində ibtidai məktəblərin birində şagirdlər arasında kütləvi zəhərlənmə baş verib. Trend-in məlumatına görə, 12 şagird içməli sudan zəhərlənib.
Sfera.az bildirir ki, ilkin araşdırma nəticəsində məlum olub ki, şagirdlərdən biri uşaqların su qablarına yapışqan töküb.
Hazırda xəstəxanaya yerləşdirilmiş şagirdlərin vəziyyəti ağır qiymətləndirilir.
Hadisə ilə bağlı digər detallar açıqlanmır.