Halva-halva deməklə ağiz şirin olmur - ACCESSBANK-ın müştərisi ilə REPORTAJ

Şəki dedikdə dərhal beyində iki şey canlanır: buranın halvası və lətifəsi. Bu lətifələri
şəkililər özünəməxsus şirin ləhcəsi ilə danışanda isə əhvalat daha da şirin
olur. Budəfəki səfərimdə şəkililərin niyə bu qədər şirindil olduğunu anladım.
Necə deyərlər, ancaq halva-halva deməklə ağız şirin olmur…
Anladığınız kimi, ənənəvi olaraq AccessBank-ın növbəti müştərisi ilə reportaj
üçün yenidən Şəkiyə üz tutmuşdum. "Şəki" filialının komandasının
tövsiyəsinə əsasən, mən "Səttarxan" şirniyyat evinin sahibi Xanlar
Rzayevə baş çəkməli idim. Müştərimizin halvasının keyfiyyəti ilə maraqlananda həmkarlarımdan
şəkisayağı cavab aldım: "Bu halvanı
ölü yesə, dirilər!"
Sirr deyil ki, Şəkinin hər küçəsində halva satılır. Bunun səbəbini həmsöhbətim
bir neçə amillə əsaslandırdı. Birincisi, tələbat (xüsusilə başqa yerlərdən gələnlər,
o cümlədən turistlər tərəfindən) olduqca yüksəkdir. İkincisi, əksər sənətkarlar
ata məsləyini davam etdirir. Onun sözlərinə görə, rəqabət istənilən halda və
sahədə yaxşıdır. Yetər ki, haqsız rəqabət olmasın: "Məsələn, mən uzun müddətdir AccessBank ilə əməkdaşlıq edirəm. Niyə?
Çünki aramızda artıq bir doğmalıq yaranıb. Biz çətin vaxtları bir yerdə arxada
qoymuşuq. Həmin münasibətlər digər banklarla başqa müştərilər arasında da var. Eyni
vəziyyət mənim də müştərilərimlə mənim aramdadır".
Söhbətinə davam edərək Xanlar kişi önlüyünü taxır və düyü ununun üzərinə su səpməyə
başlayır. Alınan bərk xəmiri yoğuran ustad dönə-dönə deyir ki, o, duru, tam
qarışmış olmalıdır. Şəki halvasının hazırlanma prosesində iştirak etmək istədiyimi
dedikdən sonra müştərimiz məndən iri sinini nazik qat yağlamağımı xahiş etdi.
Yağlandıqdan sonra sini ocağın üstündə qızdırılır. Həmin vaxtadək hazırlanan xəmir
xüsusi, deşikli qıfa doldurularaq sininin üzərində çarpaz xətlər istiqamətlərində
gəzdirildi. Açığı, təcrübəsizliyimi dərhal biruzə verdim. Bu anda qəhrəmanım sərt
baxışla mənə üz tutaraq öz ləhcəsi ilə şirin dilini işə saldı: "Ha pis
alınsa, özün yiyicaxsan!" Əlqərəz, lavaş vam ocaqda yarım dəqiqədən
çox bişirilir. Bu qayda ilə xəmir bitənədək riştələr bişməlidir. Ardınca riştələri
başqa sinidə üst-üstə düzdük. Qovrulub xırdalanmış fındıq elə xırdalanmış
keşniş toxumu ilə qarışdırılır. Altı qat riştə düzəndən sonra onların sinidən kənara
çıxan hissələri səliqə ilə kəsilir. Bunları da səliqə ilə ayırıb döşəmək
lazımdır. Təxminən 1 sm qalınlıqda iç yayılır. Üstünə bir qat riştə döşənir və
yenə 1 sm qalınlıqda iç yayılır.
Hamarlama işləri bitdikdən sonra halvanın üstü zəfərandan hazırlanmış qırmızı
boya ilə boyanır, yaxud naxış çəkilir. Təcrübəsiz olduğum üçün mən asan yola
müraciət etdim - qırmızı boya.
Budur, artıq ocağın üstündə qızdırılmış başqa sinidə halvanı əllə fırladaraq
bişiririk. Bir müddət sonra halvanın alt hissəsini yoxlayan usta dedi ki, şəkərparə
bişib. Necə öyrəndiyini maraqlandım. İzah etdi ki, qızılı rəng bişməyindən xəbər
verir.
Bundan sonra su və şəkərdən şərbət bişirməyin vaxtıdır. Hazırlanan şərbət halvaya
hopsun deyə bir gün saxlanılır.
Budur, biz artıq əl işimizə baxırıq. Bu an sənətkar isə elə bir söz dedi ki, hələ
də qulağımda cingildəyir: "Bilirsən,
niyə mənim birişdiyim halva bal kimidir? Çünki arı kimi işləyirəm. Bu arı pətəyinin
qurulmasında isə AccessBank-ın çox böyük rolu var. Onlar mənə yalnız maddi dəstək
verməyiblər…"
Bakıya gözəl təəssüratlarla qayıdan zaman Xanlar kişi zəng edib şad xəbər
verdi: "Bişirdiyimiz halvanın hamısı
satılıb!"