Türkiyə dünyada analoqu olmayan silah istehsal etdi - FOTO

Türkiyə dünyada analoqu olmayan silah istehsal etdi - FOTO
Türkiyə ordusunun pilotlu və pilotsuz təyyarələr sənayesini gücləndirmək üçün yerli istehsalını inkişaf etdirməkdə davam edir.

Sfera.az xəbər verir ki, Müdaifə Sənayesi Nazirliyi bu istiqamətdə yeni addımlar atıb və dünyada bənzəri olmayan "Akıncı" pilotsuz uçuş aparatı istehsal edib.

"Akıncı" layihəsi çərçivəsində 24 saat havada qala bilən 4,5 ton ağırlığında pilotsuz uçuş aparatı 900 kq faydalı, 450 kq daxili faydalı yük daşıya bilir. Qanadları açıq şəkildə ikən eni 20 metr olan parat Milli Elektron Dəstək Podu, radar sistemi və peyk xəbərdarlıq sistemi daşıyır.
Türkiyə bu sinifdə PUA istehsal edən 3 ölkədən biridir. "Akıncı" gələcəkdə MAM-L, MAM-C, Cirit, L-UMTAS, Bozok, MK-81, MK-82, MK-83, (KGK)-MK-82, Gökdoğan, Bozdoğan, SOM-A kimi sursat və bombalarla təchiz ediləcək.
 
publika.az

OXŞAR XƏBƏRLƏR