"Səfər Əbiyev məni vecinə almırdı, Zakir Həsənov isə..."

"Səfər Əbiyev məni vecinə almırdı, Zakir Həsənov isə..."
“Zakir Həsənovun Azərbaycanın müdafiə naziri təyin edilməsi çox düzgün və dəyərli bir seçimdir. O, nazir təyin olunduqdan sonra Müdafiə Nazirliyi sistemində köklü dəyişiklər edildi. Artıq bütün Azərbaycan xalqı Zakir Həsənovu alqışlayır. Gənclərimiz isə onu özlərinə kumir seçiblər. Son illər həqiqətən də Zakir Həsənov kimi müdafiə nazirimiz olmayıb”. 

Bunu AzVision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib. 

Onun sözlərinə görə, bəzi qüvvələr Zakir Həsənovun xidmətlərini görməməzlikdən gəlib, ona qarşı qarayaxma kampaniyası aparırlar:

“Əfsuslar olsun ki, bəzi təxribaçı ünsürlər, media nümayəndələri internet saytlarında ordumuzun, Zakir Həsənovun əleyhinə yazılar yazırlar. Belə hallar yol verilməzdir. Həmin yazıları bizim düşmənlərimiz də oxuyurlar. Ordumuzdakı irəliləyişlərdən danışmaq əvəzinə, gedib internet saytlarında Müdafiə Nazirliyinin əleyhinə müsahibələr vermək qəbul olunmazdır”.

Hüquq müdafiəçisinin fikirincə, Z. Həsənova qarşı qarayaxma kampaniyası aparanların başında fəaliyyətlərində yol verdikləri nöqsanlara görə işdən çıxarılan generallar durur: 

“Zakir Həsənov müdafiə naziri təyin olduqdan sonra bir çox generalları işdə buraxdıqları nöqsanlara görə tutduqları vəzifələrdən azad etdi. Zakir Həsənova, ordumuz və nazirliyə qarşı qaralama kampaniyası aparanların sırasında çox güman ki, həmin generalların rolu yüksəkdir. Onlar Zakir Həsənovdan qisas almaq üçün bu yola əl atıblar. Çünki Zakir Həsənov onların fəaliyyətlərinə düzgün qiymət verdi və işdən azad etdi. Həmin generallar vaxtında çox işlər görə bilərdilər. Amma fakt odur ki, heç bir iş görməmişdilər. Onlar yalnız kabinetlərini düzəltməklə məşğul olublar. Zakir Həsənovu isə mən heç vaxt kreslo arxasında oturan görməmişəm. Nə vaxt zəng edirəmsə, o, cəhbə bölgəsində, əsgərlərin yanında olur”. 

Hüquq müdafiəçinin sözlərinə görə, nazirə qarşı aparılan kampaniyada keçmiş müdafiə naziri Səfər Əbiyevin də əli var: 

“Ola bisin ki, bütün bu qarayaxma kampaniyasının arxasında bir vaxtlar müdafiə naziri olan Səfər Əbiyevin də barmağı olsun. Səfər Əbiyevin dövründə əsgərlərin döyülmələri ilə bağlı bizə çox saylı müraciətlər daxil olurdu. Bütün bunlar danılmaz faktlardır. İndi isə bizə belə faktlar daxil olmur”.

E.Behbudov qeyd edib ki, Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra ordudakı işgəncə faktları ilə bağlı onlara heç bir şikayət daxil olmayıb.

“Səfər Əbiyevin zamanında da biz orduda yoxlamalar aparırdıq. məni qəbul etməsi ilə bağlı Səfər müəllimə dəfələrlə müraciət etmişəm. Problemləri, faktları birbaşa olaraq onun diqqətinə çatdırmaq istəmişəm. Amma o məni heç vecinə də almayıb. Amma Zakir Həsənova müraciət edən kimi, dərhal qəbul edir. Zakir Həsənov ordumuzun keşiyində duran əsil kişidir”

OXŞAR XƏBƏRLƏR

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...

Polis gücləndirilmiş rejimdə çalışır - DİN

Mövcud hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ölkə boyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət gü...

Zelenski: Ukrayna ABŞ-dan güclü təhlükəsizlik zəmanəti istəyir

İnanıram ki, ABŞ Prezidenti Donald Tramp münaqişənin ədalətli həllinə çalışır. Ukrayna münaqişənin həllində tərəfdaşlarından, o cümlədən ABŞ-dan güclü təhlükəsi...