Bunu edin, 10 il cavanlaşın

Bunu edin, 10 il cavanlaşın
Daimi idmanla məşğul olmaq insanı 10 il cavanlaşdırır və beyin funksiyalarını yaxşılaşdırır.

Yeni tədqiqatlara görə, aerobika üzrə məşqlər böyüklərdə beynin boz maddəsinin miqdarını artırır.

 

Alimlər qeyd edirlər ki, hətta pilləkənlə qalxmaq belə, bilik və yaddaş funksiyalarına müsbət təsir göstərir. Eyni zamanda, bu hərəkətlərin yaşınıza uyğun olaraq, fiziki fəaliyyətinizə də müsbət təsirləri olacaq.

E-tibb.az bildirir ki, 40 yaşlı insanlar 10, 60 yaşlılar isə 20 yaş gəncləşir.

Qeyd edək ki, 20 yaşdan 67 yaşa qədər olan 132 insan arasında tədqiqatlar aparılıb. Məlum olub ki, ən çox effekt verən aerobika ilə məşğul olmaqdır. Bu, hətta əzələlərin işlədilməsindən belə yaxşı nəticə verir.

Bu araşdırmanın müəllifi, Kolumbiya Universitetinin Tibb Mərkəzinin professoru Yaakov Stern qeyd edir ki, aerobik çalışmalarla heç bir dərman qəbul etmədən beynin qocalmasını ləngitmək və demensiyanın (ağıl, yaddaş zəifləməsi) qarşısını almaq olar.

Araşdırmaların nəticələri məşhur "Neurology" jurnalında çap edilib.


OXŞAR XƏBƏRLƏR

Çoxəsrlik ənənəni pozur: Mişel Obama Trampın andiçmə mərasimində iştirak etməyəcək

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama gələn həftə yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək. Bu barədə xanım Obamanın ofis...

Ərdoğan Suriya XİN başçısını qəbul etdi

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybanini qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə med...

Hava yollarındakı görünməyən təhlükə:Uçuşlara təsir edir...

Son dövrlərdə dünya üzrə baş verən təyyarə qəzaları və texniki nasazlıqlar bir çox sualları gündəmə gətirir. Xüsusilə də bəzi mütəxəssislər və müzakirəçilə...

Messi "Barselona"ya geri dönür

Messi yenidən "Barselona"da çıxış edə bilər.   Sfera.az xəbər verir ki, argentinalı ulduzun mövsümün sonunda "İnter Mayami" ilə m...

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Sabah Bakının Binəqədi rayonunun 3 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq. Sfera.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məl...

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan etdi

Ölkənin birinci bankı Kapital Bank 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabata görə bankın aktivləri 1 yanvar 2025-ci il tarixinə 11 milyard manat tə...