Çindən MÖHTƏŞƏM addım :Dünyada ilk “meşə-şəhər” salınır

Çindən MÖHTƏŞƏM addım :Dünyada ilk “meşə-şəhər” salınır
Çin şəhəri Lyuçjou dünyada ilk meşə-şəhər olacaq – 175 hektar ərazidə yeni növ rayon olacaq: minlərlə ağacın arasında yaşayış evləri yenidən bərpa olunan enerji mənbələri əsasında fəaliyyət göstərəcək.
 
Stefano Boeri rəhbərliyi altında italyan arxitektorları qrupu "Vertikal meşələr” yaradır: bağla örtülmüş yaşayış evləri. İlk dəfə ideya 2009-cu ildə sınaq qismində Milanda reallaşdırılmışdı, indi isə belə sifarişlər Boeriyə dünyanın müxtəlif yerlərindən gəlir.
 
Yeni layihə özlüyündə inqilabi olacaq: indi italyan arxitektorları bir ev deyil, şəhər miqyasında bütöv yaşayış rayonu layihələndirəcək.
175 hektar ərazidə 30 min insan yaşayacaq. Burada bir milyona yaxın 100 növdə bitki, həmçinin 40 min ağac əkiləcək. Onlar birlikdə 10min ton  karbon qazı və 57 ton çirkləndirici maddə udacaq və hər gün 900 ton oksigen istehsal edəcək. Hava cəhətdən çirklənmiş Çin üçün bu çox vacibdir. Bundan başqa isə yaşıllıq sahəsi temperaturu və səs-küy səviyyəsini aşağı salacaq.
 
"Meşə-şəhər”in infrastrukturu günəş və külək enerjisi ilə işləyəcək, Lyuçjounun digər rayonları ilə isə o ekoloji təmiz dəmir yolu birləşəcək. Layihənin yekunlaşdırılması 2020-ci ilə planlaşdırılıb.





OXŞAR XƏBƏRLƏR