Ermənilərin Türkiyəyə axını artıb - Rəqəmlər
Dünya
18:03 / 19.02.2019
3325
Ermənilərin Türkiyəyə səfərləri artıb.
Sfera.az erməni mətbuatına istinadən xəbər verir ki, ermənilərin Türkiyəyə gedişi əvvəlki illərlə müqayisədə 2018-ci ildə nisbətən çoxalıb.
Türkiyənin Turizm Nazirliyinin məlumatına əsasən, 2018-ci ildə 51880 nəfər Ermənistan vətəndaşı Türkiyəni ziyarət edib. Bu ötənilkindən 7,7% çoxdur. 2017-ci ildə 48320, 2016-cı ildə isə 39063 nəfər olub.
Qeyd olunur ki, bu göstərici 2015-ci ildəkindən azdır. Türkiyəyə ən çox erməni axını 2011-ci ildə olub. Həmin il 73 min Ermənistan vətəndaşı Türkiyəyə səfər edib.
Sfera.az