İpoteka kreditlərinin verilməsi zamanı ilkin ödəniş ləğv ediləcək? AÇIQLAMA

İpoteka kreditlərinin verilməsi zamanı ilkin ödəniş ləğv ediləcək?  AÇIQLAMA
“Mərkəzi Bankın regionların ipotekadan istifadəsi səmərəliliyinin artırılması ilə bağlı təkliflərinin sentyabr ayında təsdiq ediləcəyi gözlənilir. Məqsəd bütövlükdə ipoteka kreditləşməsi sistemini təkmilləşdirilməsi ilə yanaşı regionların kreditlərdən daha geniş miqyaslı istifadəsinə şərait yaratmaqdır”. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov söyləyib.

İqtisadçı bildirib ki, regionlara ayrılan ipoteka kreditlərinin səmərəliliyinin yüksəldilməsi, kreditlərin region əhalisinə əlçatanlığının təmin edilməsi olduqca aktual məsələlərdəndir: “Bu baxımdan regionlarda yaşayan vətəndaşlarımız üçün daha güzəştli şərtlər ilə kreditlərin təklif edilməsi olduqca vacibdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bölgələrdə əhalinin orta aylıq əmək haqqı paytaxtla müqayisədə 2 dəfə azdır və bu da əhalinin ipoteka müraciəti üçün imkanlarının məhdud olmasına gətirib çıxarır. Nəzərə alaq ki, adi və sosial ipoteka üçün tələb edilən əmək haqqı məbləği adətən təxminən 700 manatdan çox olur. Bu isə az gəlirli bölgə camaatının bu imkandan yararlanmasını çətinləşdirir”.

Vüqar Bayramov onu da diqqətə çatdırıb ki, ipoteka proqramına edilən dəyişikliklər eyni zamanda maksimum məbləğin artırılmasını və gənc ailələr üçün ilkin ödənişin ləğv edilməsini, regionlar üçün ipoteka kreditlərinin müəyyənləşdirilməsini özündə əks etdirəcək: “Əvvəla, həm sosial, həm adi ipoteka üçün maksimum məbləğin artırılması nəzərdə tutulub. Nəzərə alaq ki, hər iki kredit növü üzrə hazırda maksimum məbləğ 50 min manatdır. Təbii ki, bu məbləğ əmlak bazarındakı mövcud qiymətlərə uyğun deyil. Buna görə də maksimum məbləğin artırılması nəzərdə tutulub. İpoteka kreditlərində maksimum məbləğ 50 mindən 100 min manatadək artırılacaq. Bu, ipoteka kreditlərinin səmərəliliyini mənzil bazarındakı qiymət səviyyəsinə uyğun olaraq müəyyən qədər yüksəltməyə imkan verəcək. Eyni zamanda, ipoteka kreditlərinin verilməsi zamanı ilkin ödənişin gənc ailələr üçün ləğv edilməsi də təkliflər siyahısındadır. Mərkəzi Bank bunun üçün iki praktikadan istifadə etmək niyyətindədir. Bunlardan birincisi, əmanət tipli bankların formalaşdırılması və bununla bağlı ipoteka fondunun yaradılmasından, ikincisi, ipoteka fondu yanında ipoteka zəmanət fondunun formalaşdırılmasından ibarətdir. Bu isə imkan verəcək ki, zəmanət fondu vətəndaşlara 100 faizlik kredit verə bilsin. Praktiki olaraq vətəndaş artıq 80 faiz deyil, 100 faizlik ipoteka krediti əldə edə biləcək.

İpoteka fondu xətti ilə verilən həm adi, həm sosial ipoteka kreditlərinin ən azı 50% regionlar üçün ayrılmalıdır. Məsələn, ay ərzində 5 milyon manat ipoteka krediti ayrılacaqsa, bunun yarısı - 2,5 milyon manatı məhz regionlar üçün nəzərdə tutulacaq. Bu da regionların ipoteka kreditlərindən istifadə imkanlarının genişlənməsinə səbəb olacaq. Eləcə də regionlar üçün sosial ipoteka kreditlərinin faiz dərəcəsinin 4 faizdən 2 faizə endirilməsi vacibdir. Faiz nə qədər az olarsa, tələb olunan əmək haqqı tələbi də aşağı düşür. Bu isə ona gətirəcək ki, 400 manat aylıq gəliri olan regionda yaşayan bir vətəndaş, bir gənc ailə rahat ipoteka kreditlərindən yararlana biləcək”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...

Polis gücləndirilmiş rejimdə çalışır - DİN

Mövcud hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ölkə boyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət gü...

Zelenski: Ukrayna ABŞ-dan güclü təhlükəsizlik zəmanəti istəyir

İnanıram ki, ABŞ Prezidenti Donald Tramp münaqişənin ədalətli həllinə çalışır. Ukrayna münaqişənin həllində tərəfdaşlarından, o cümlədən ABŞ-dan güclü təhlükəsi...