Tanınmış idmançımız UFC ilə müqavilə bağlamaq üçün ABŞ-da

Tanınmış idmançımız UFC ilə müqavilə bağlamaq üçün ABŞ-da

Sambo üzrə Azərbaycanın yeddiqat çempionu, Dünya Kubokunun qalibi Bəxtiyar Abbasov dünyanın ən güclü turniri olan UFC-də çıxış edə bilər.

Sfera.az bildirir ki, bu barədə Oxu.Az-a idmançının özü məlumat verib. O, bununla əlaqədar olaraq ABŞ-a getdiyini açıqlayıb.

"Hazırda Mayamidə toplantıdayam. Təşkilatçılar istəyir ki, mən 77 kq çəki dərəcəsində döyüşüm. Özüm isə 84 kq çəki dərəcəsində döyüşlərə çıxıram. Ona görə də istəyirlər ki, çəkimi aşağı salım. Amma əvvəl üç dəfə çəkimi 77 kq-a salsam da, özümü yaxşı hiss etməmişəm və uduzmuşam. Bununla belə mənə deyiblər ki, gəl, danışaq. Ona görə də buradayam. Bir həftəyə mənim UFC ilə müqavilə bağlayıb-bağlamamağım bilinəcək”, - deyə idmançı vurğulayıb.

Onu da bildirək ki, UFC-də bu vaxta kimi heç bir azərbaycanlı döyüşməyib.



OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...