Bu gün Azərbaycan və Şotlandiya üz-üzə gələcək

Bu gün Azərbaycan və Şotlandiya üz-üzə gələcək

İyulun 29-da futbol üzrə UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Sfera.az-ın xəbərinə görə, qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən Ağdamın "Qarabağ" komandası növbəti oyununa çıxacaq. Komandamız Şotlandiyada “Seltik” klubunun qonağı olacaq. Bakı vaxtı ilə saat 23:45-də başlayacaq oyun “Seltik Park Arena”da keçiriləcək.

Oyunu avstriyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Robert Şorgenhofer olacaq. Ona həmyerliləri Matias Vinsaue və Riçard Hubler köməklik edəcəklər. Dominik Ouşan isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulan Azərbaycan çempionu “Qarabağ” Monteneqronun "Rudar" komandasını yarışdan kənarlaşdırıb.


OXŞAR XƏBƏRLƏR