Rus kəşfiyyatçısı Sergey Skripalın səhhəti pisləşib

Rus kəşfiyyatçısı Sergey Skripalın səhhəti pisləşib
Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti, ötən il naməlum şəraitdə zəhərlənmiş Sergey Skripalın səhhəti pisləşib.

"Report" xəbər verir ki, bu haqda mənbəyə istinadən "The Sunday Times" qəzeti yazır.

Nəşrin məlumatına görə, hazırda həkimlər Skripalın vəziyyətinə güclü şəkildə nəzarət edirlər. Həkimlər 67 yaşlı keçmiş kəşfiyyatçının səhhətinin zəhərlənmədən sonra tamamilə bərpa ola bilməyəcəyindən ehtiyat edirlər.

"Onun səhhəti pisləşdi, Skripala evdə tibbi yardım göstərilir", - deyə mənbə bildirib.

Toksikoloqlar etiraf ediblər ki, uzunmüddətli perspektivdə "Noviçok" zəhərinin təsirinin nəticələri barədə əvvəlcədən xəbər verə bilmirlər. 

Daha əvvəl Avropa İttifaqı (Aİ) Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın zəhərlənməsində iştirakına görə Rusiyanın 9 vətəndaşına və bir müəssisəsinə qarşı sanksiya tətbiq edib.


OXŞAR XƏBƏRLƏR