Erməniləri satqın adlandıran rus politoloq öldü

Erməniləri satqın adlandıran rus politoloq öldü
Məşhur rusiyalı politoloq və "Komsomolskaya Pravda” radiosunun aparıcısı Mixail Yurev vəfat edib.

Bu barədə "Komsomolskaya Pravda” məlumat yayıb.

Mixail Yurev 1959-cu ildə Moskvada doğulub. Moskva Dövlət Universitetinin biologiya fakültəsinin məzuni idi. Bir müddət SSRİ Elmlər Akademiyasının Molekulyar Genetika İnstitutunda çalışıb.

1990-cı ildən İnterprom İstehsalat Birliyinin baş direktoru, İnterprom Sənaye Qrupunun prezidenti idi. 1995-1999-cu illərdə ikinci çağırış Dövlət Dumasının deputatı olub. Son iki ildə isə Mixail Leontyevlə birlikdə radioda "Qlavtema” proqramının aparıcısı idi.

Əlavə edək ki, Mixail Yurev anti-Ermənistan fikirləri ilə tanınan siyasətçi idi.

Onun "Ermənistan Rusiyanın üzərində əlavə yükdür. Geosiyasi baxımdan isə Azərbaycanı dəstəkləmək Rusiya üçün daha əlverişlidir” sözləri Ermənistanda uzun müddət müzakirə mövzusu olmuşdu.

Habelə keçən il Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinə münasibət bildirən Yurev erməniləri satqınlıqda ittiham etmişdi.Teleqraf

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...