40 ildən sonra qəbri açdırdı - Elə bir şeylə qarşılaşdı ki...

40 ildən sonra qəbri açdırdı - Elə bir şeylə qarşılaşdı ki...
Sakaryanın Xəndək rayonunda 40 il əvvəl dünyaya gəlmiş uşağını bir gündə itirən ata cənazə yuyan imamın "körpə bir günlük deyil" cümləsinə görə illərlə şübhə ilə yaşayıb.

Metbuat.az Türkiyə KİV-inə istinadla xəbər verir ki, televiziyada gördüyü xəstəxanada uşaqların qarışdığı xəbəri üzərinə hərəkətə keçən ata, 40 il sonra prokurorluğa müraciət edərək məzarın açılmasını istəyib.

Xəndək rayonu Süleymaniyyə Məhəlləsində yaşayan Adəm Çarkçı, 40 il əvvəl ata olmağın sevincini yalnız bir gün yaşayıb. Qucağına almadan vəfat edən bir günlük körpənin acısını yaşayan Çarkçı, cənazə yuyan imamın "körpə bir günlük yox, 3-4 aylıq vardı" sözləri ilə illərlə şübhə ilə yaşayıb.
Televiziyada körpələrin xəstəxanada qarışdığı ilə əlaqədar olaraq xəbər ilə qarşılaşan Çarkçı, illərdir ağlından çıxmayan şübhəsini aradan qaldırmaq üçün Xəndək Respublika Baş Prokurorluğuna məzarın açılması üçün müraciət edib.

Prokurorluğun qərarı ilə Süleymaniyyə Məhəlləsində uşağın basdırdığı məzar prokurorluq rəsmiləri və polis nəzarətində qazılıb.

Qazılan qəbirdə hər hansı insan qalığına rast gəlinməyib, bu da körpənin bir günlük olmağı ilə bağlı olub.
Beləliklə, atanın şübhəsi boşa çıxıb.

OXŞAR XƏBƏRLƏR