Ərdoğan: Bizi Avropa Birliyinə müsəlman olduğumuza görə qəbul etmirlər

Ərdoğan: Bizi Avropa Birliyinə müsəlman olduğumuza görə qəbul etmirlər
Türkiyənin Avropa Birliyinə (AB) qəbul edilməməsinin yeganə səbəbi müsəlman ölkəsi olmasıdır.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "A Haber”ə müsahibəsində deyib.

"Müsəlman olduğumuz üçün bizi Avropa Birliyinə qəbul etmirlər. Qoy bunu açıq desinlər, lakin onlar bunu bacarmırlar. Kameraya bir söz, bağlı qapılar arxasında başqa söz deyirlər”, - deyə dövlət başçısı bildirib.

O qeyd edib ki, Avropa Birliyinə giriş üçün ölkə qarşısında daim yeni şərtlər qoyurlar: "15-dən başlamışdılar, artıq 35-ə çatdırıblar".

Xatırladaq ki, Türkiyə 1964-cü ildən Avropa Birliyinin assosiativ üzvüdür, 14 aprel 1987-ci ildə AB-yə daxil olmaq üçün ərizə verib. Onun AB-yə qəbulu üçün danışıqlar prosesi 3 oktyabr 2005-ci ildə başlanıb. Birliyə daxil olmaq üçün, Türkiyə Avropa Komissiyası ilə danışıqları 35 punktdan 33-ü üzrə (iki punkt razılaşdırma tələb etmir) müvəffəqiyyətlə başa çatdırmalıdır. Amma 2017-ci ilin iyulunda Avropa Parlamenti Avropa Birliyini və Avropa Komissiyasını, Türkiyə hakimiyyəti Konstitusiyaya düzəlişlər etməyənə qədər, onun AB-yə daxil olması üzrə danışıqları dayandırmağa çağıran qətnamə qəbul edib.Virtualaz.org


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...