Ermənistan Prezidenti Azərbaycanı hədələdi :”Nə güclü ordunun, nə çoxlu pulun xeyri yoxdur...”

Gündəm
08:47 / 16.02.2019
3664
"Nə qədər ki, bu dondurulmuş münaqişə həll olunmayıb, çox təhlükəli bir vəziyyət içərisindəyik”.
Bu sözləri Ermənistan prezidenti Armen Sərkisyan Almaniyanın Ruprext Karl Heydelberq Universitetinin müəllim və tələbə heyətinin Qarabağ münaqişəsinin həllinə dair suallarını cavabalandırarkən bildirib.
"Şəxsən mənim üçün Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən başqa variantı yoxdur.İstənilən digər variantlar faciəli olacaq. Fərqi yoxdur sən nə qədər güclüsən, sənin nə qədər güclü ordun var və müharibəyə nə qədər pul xərcləyəcəksən. İnanıram ki, münaqişənin həllində insani dəyərlərə və Qarabağ əhalisinin hüquqlarına üstünlük verilərək qərar qəbul olunacaq "-deyə Sərkisyan bildirib.News12.az