Həyat yoldaşı Runini məhkəməyə verir
İdman
17:53 / 15.02.2019
3206
D.C.United klubunun forvardı Ueyn Runinin ailəsi dağıla bilər.
Həyat yoldaşı Kolin 33 yaşlı futbolçunun sərxoş həyatından cana doyub. Bildirilir ki, Runi evdə bütün gününü kompüter oyunları və içməklə keçirir. Alkaqolizmdən müalicə almasa, Kolin boşanmaq üçün məhkəməyə müraciət edəcək. 33 yaşlı Runi hesab edir ki, arvadını ətrafdakı insanlar yoldan çıxarır.
Xatırladaq ki, Manchester United-in və İngiltərə miliisinin sabiq üzvü ötən ilin dekabrında Vaşinqton hava limanında sərxoş vəziyyətdə dava salıb. Onun həyat yoldaşına xəyanət etdiyi də deyilir.