Batil inanclara inanmalıyıqmı? – VİDEO

Batil inanclara inanmalıyıqmı? – VİDEO
Dünyanın bir sıra ölkələrində olduğu kimi Azərbaycanda da müxtəlif inanclar var. Sağ əl qaşınanda pul gələcək. Ayağın altı qaşınırsa yol gədiləcək. Ayna qırılması uğursuzluq, üzərlik nəzərdən qoruyar, at nalı bərəkət gətirər kimi təbiət qanunlarına zidd olan bir çox belə inanclar var.
 
 
Üzərliyin gücünə inanırsınız?

Sakin: "İnanıram. Evdə dava-dalaşın qarşısını alır”.

Sakin: "Batil inanclara çox da inanmıram”.

Əhməd Mansurov – Sosioloq: "Özünə inam aşağı düşdükcə onlar təsadüflərə, talismanlara, mövhumata, falçılığa inanmağa başlayırlar.  Bunlara inam onların həyatlarını da rahatlaşdırır. Bu zaman öz məsuliyyətlərini də bir qədər azalda bilirlər”.

Psixoloqlar isə, psixologiyada bu halın öz təsdiqini tapmadığını deyirlər.

Elnur Rüstəmov – Psixoloq: "Bunlar psixologiyada təqzib edilir. Düşüncə xətaları kimi qəbul edilir. Sadəcə bu insan öz düşüncəsində inanır ki, bu olduğu təqdirdə bu baş verəcək. Və ya, bu ritual olmadığı təqdirdə bu hadisə baş verməyəcək”.

Mütəxəssislər hesab edirlər ki, insanlar baş verəcək hadisələrin məsuliyyətindən xilas olmaq üçün bu cür asan üsullara əl atırlar.

Əhməd Mansurov – Sosioloq: "İnsan real həyatda özünü daha çox təsdiqlədikcə qeyri-real şeylərə, talesmanlara inamı qalmayacaq”.

Batil inanclar lazımından artıq həddə olarsa, psixologiyada bu hədd patoloji hal kimi qəbul edilir. Belə olan halda psixoprofiloktik tədbirlərin görülməsi isəvacib olur.

Elnur Rüstəmov – Psixoloq: "İnsan özünə inanmalıdır. Özünə inansa, güvənsə bu cür batil inanclara inama da ehtiyac qalmayacaq”.

Əgər israrla nəyəsə inanmaq istəyirsinizsə, ən başda özünüzə inanın. Çünki özgüvən insanı uğura aparan ən yaxşı duyğudur.




OXŞAR XƏBƏRLƏR

Bakıda qadın aliment ödəməyən keçmiş ərini yaba ilə döydü

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəs...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...

Gənclərimiz Çinə üz tutur - Nə vəd edir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında s...

Prezidenti Xankəndidə Sultan Əhməd Əl-Cabiri qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl...

Milli Məclisin sədrindən deputata: "Zarafatınız yaraşmadı..."

"Polisin gecəsi-gündüzü yoxdur. Amma ən az maaş alanda onlardır".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilın  növ...