İTV-də iclas - Dəyişiklik olacaq

İTV-də iclas - Dəyişiklik olacaq
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının növbəti iclası keçirilib.

Sfera.az-ın əldə etdiyi məlumata görə, iclasda Yayım Şurasının sədri Muxtar İmanov, İTV-nin Baş direktoru Balakişi Qasımov və Şura üzvləri Həsən Cəfərov, Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Mirhəsən Seyidov, Sevil Yusifova, eləcə də Şuranın katibi Natavan Bayramova iştirak ediblər.

Toplantı zamanı 2018-ci ilin nəticələri və maliyyə hesabatı, 2019-cu il üçün nəzərdə tutulan planlar, İctimai Televiziya tərəfindən lisenziyası alınmış xarici bədii filmlərin Azərbaycan dilində dublyajının təşkili, yayımlanması və digər cari məsələlər müzakirə olunub.

İclasda həmçinin İctimai Televiziya və Radio Yayımları Şirkətinin iş əmsalının daha da yüksəldilməsi məqsədi ilə aparılan dəyişiklik kimi İctimai Radioda "Məzmun Planlaşdırılması” Departamenti və "Məzmun İstehsalı” Şöbəsinin yaradılması məsələsi də diqqətə çatdırılıb. 


OXŞAR XƏBƏRLƏR

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeniTƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....