Uşaq üçün oyun oynamağın faydaları

Uşaq üçün oyun oynamağın faydaları
Günəş parlayar, su axar, ağac budaqları küləkdə yellənir, uşaq oyun oynayar. Oyun oynamaq uşağın təbiətində vardır. Uşaq oyun oynayaraq içində yaşadığı dünyanı tanıyıb həyatının bir hissəsinə nəzarət etməyi öyrənir. Hətta uşaq oynayaraq, necə öyrəniləcəyini öyrənir.

Oyun ümumilikdə uşağa bunları təmin edir: 

Öyrənmə bacarıqlarını inkişaf etdirir.

Yaradıcılıq və xəyal gücünü inkişaf etdirərək uşağın tutumunu artırır.

Digər insanlarla münasibətlərini sevgi və nəzakət üzərində qurur.

Sevinc verir.

Öz-özünə yetərli bir öyrənmə prosesi yaşamasını təmin edir.

 
Uşağın həyatla, özünəməxsus öyrənmə zövqü və sevincilə əlaqə qurmasına yardımçı olur.

Dünyaya güvənməyi öyrədir.

Bu baxımdan oyun, uşağın ətrafındakılarla ünsiyyətini asanlaşdıran bir vasitədir.

Uşaqların yaşlarına görə oyun oynama tərz və mövqelərində fərqlər görünür. Həyatın ilk illərində uşaqlar adətən tək başına oynayırlar. Sonra digər uşaqlarla yanaşı gəlsələr də, hər kəs öz oyunu ilə maraqlanır. Daha sonralar bir-birindən oyuncaq mübadiləsi aparmağa, bir-birinin hərəkətlərini izləməyə başlayırlar.Son mərhələdə isə kütləvi şəkildə hərəkət edib müəyyən bir nəticəyə gəlməyi hədəfləyən və əməkdaşlıq tələb edən oyunlar oynamağa başlayırlar.
 
Yeniyetmələrin dostları bir araya gəlib söhbət etməsi necə onları sakitləşdirirsə bir uşağın da tək başına və ya yoldaşları ilə oyun oynaması onun rahat hiss etməsini təmin edir. Uşaq oyun vasitəsilə bir çox sosial rolda özünü sınaya bilər.Bir sözlə uşağın oyuna ehtiyacı var. Uşaqlar oyundan məhrum etdirməyin. Məktəb çağı uşağı üçün də eynisi keçərlidir. Ancaq uşaq əyləncə və məsuliyyətləri arasında tarazlıq yaratmalıdır. Bu tarazlığın yaradılması isə uşaqlıqdan etibarən nizamlı, sevgi dolu bir məna və uşağın başa düşəcəyi dəqiq sərhədlər içində böyümüş olmaqla təmin edilə bilər.

OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...