Azərbaycanda qızların sayı azalır - Gələcəyin təhlükəsi

Azərbaycanda qızların sayı azalır - Gələcəyin təhlükəsi
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 127 681 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,2 təşkil edib.

Yeni doğulan körpələr arasında oğlan uşaqlarının faiz nisbəti çoxluq təşkil edir. Belə ki, körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Artıq bir neçə ildir ki, yeni doğulan körpələr arasında oğlan uşaqları çoxluq təşkil edir.

Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədri Musa Quliyev Trend-ə deyib ki, dünya təcrübəsində oğlan və qız uşaqları arasında faiz nisbəti 49-51 olmalıdır.

Deputat qeyd edib ki, Azərbaycanda faiz nisbətində belə fərqlənmə subyektiv amillərin, yəni konkret insan müdaxiləsinin göstəricisidir.

 

M.Quliyev bildirib ki, dünyanın bir çox ölkələrində, xüsusən də Şərq ölkələrində bu problem mövcuddur: "Bu ölkələrdə də qız və oğlan uşaqlarının faiz nisbətində problemi aradan qaldırmaq üçün mübarizə aparılır. Təcrübə göstərir ki, mübarizənin ən uğurlu yolu və forması maarifləndirmədir. İnzibati qaydada şübhəsiz ki, tədbirlər görülməlidir, amma burada insanların tibbi və dini baxımdan maariflənməsinin böyük əhəmiyyəti var".

Millət vəkili əlavə edib ki, abortlarla mübarizə aparmaq üçün qanun layihəsi də hazırlanıb və yaz sessiyasının iş planına tövsiyə olunub: "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində xüsusi müddəalar var. Ultrasəs müayinəsi ilə uşağın cinsiyyətinin öyrənilməsinin qadağan olunması, hamiləliyin pozulmasının bir ginekoloqun qərarı ilə deyil, konsiliumun qərarı ilə həyata keçirilməsi, eyni zamanda bu qanunun pozulmasına görə cinayət və inzibati məsuliyyət də nəzərdə tutulur. Ancaq burada insanların maarifləndirilməsi aparılmasa, problemin qarşısını almaq çətindir".

Qız və oğlan uşaqları arasında faiz nisbətinin pozulmasının mənfi təsirləri haqqında danışan M.Quliyev bildirib ki, bu cür hal gələcəkdə demoqrafik gərginliyə səbəb olur: "Hər il oğlan uşaqlarının sayı artır, qız uşaqlarının sayı isə azalır. Evlənmə yaşına çatanda oğlanların sayı qızlardan çox olacaq. Belə olan halda isə subayqalma halları olacaq, oğlanlar başqa ölkələrdən, başqa millətdən olan qızlarla evlənəcək, nikahların milliliyini qorumaq çətinləşəcək. Milli mentalitetin qorunması üçün atanın da, ananın da eyni millətdən olması vacibdir, xüsusən də bunun bizim kimi o qədər də böyük olmayan və gənc ölkə üçün böyük əhəmiyyəti var".


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...