Dollar bahalaşdı - Bugünkü məzənnə
16:46 / 31.07.2015
2117
Dollar bahalaşıb, avro isə ucuzlaşıb.
İyulun 29-u ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişib. Dollar bahalaşıb, avro isə ucuzlaşıb.
XezerXeber.com Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, iyulun 30-a olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0493 (iyulun 29-u 1.0488) manat səviyyəsində müəyyən edilib.
Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə ucuzlaşaraq 1.1514 (iyulun 29-u 1.1621) manat olub.