İranda "Mançester Yunayted"in embleminə qadağa

İranda
İran televiziyası "Mançester Yunayted"in embleminə senzura tətbiq edib.
 
Çempionlar Liqasının 1/8 final mərhələsində  PSJ-si ilə keçirilən oyuna həsr olunan verilişdə "mankunyanlar"ın emblemindəki qırmızı şeytan şəkli göstərilməyib. Telekanalın rəhbərliyi bunun dini cəhətdən qabulolunmaz olduğunu hesab edir.
 
Qeyd edək ki, daha əvvəl İranın dövlət televiziyası "Roma”nın iki uşağa süd verən canavar əks olunan embleminə də senzura tətbiq edilmişdi.

OXŞAR XƏBƏRLƏR