ABŞ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır
Siyasət
08:33 / 14.02.2019
2813
Amerikanın demokrat və respublikaçı senatorları Rusiyaya qarşı yeni sanksiyalar barədə qanun layihəsini gündəliyə daxil ediblər.
Bu barədə senator Bob Menendesin çərşənbə günü yayılan bəyanatında deyilir.
"Hərtərəfli qanunvericilik Rusiyanın xarici ölkələrdə gedən demokratik proseslərə müdaxiləsinə, Suriyaya göstərdiyi zərərli təsirlərə və Ukraynaya qarşı təcavüzünə, o cümlədən Kerç boğazındakı insidentə cavab olaraq Rusiya Federasiyasına iqtisadi, siyasi və diplomatik təzyiqi artırmağa yönəlib", - deyə bəyanatda bildirilir.
Daha əvvəl ABŞ Rusiyaya qarşı əvvəlki sanksiyaların ləğv edilməsi üçün şərtlərini açıqlayıb.