Rusiyadan ABŞ-a Venesuella xəbərdarlığı
18:16 / 13.02.2019
3604
Rusiyanın
xarici işlər naziri Serqey Lavrov amerikalı həmkarı Mayk Pompeo ilə telefon
danışığı zamanı Venesuellanın daxili işlərinə qarışmamaq mövzusunda ona xəbərdarlıq
edib.
Sfera.az xarici mediasına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi tərəfindən verilən yazılı açıqlamaya görə, Lavrov və Pompeo Venesuelladakı son hadisələri müzakirə ediblər.
Rusiya BMT-nin bu mövzudakı danışıqlarına hazır olduqlarını və Venesuellaya qarşı sanksiyaların sərtləşdirildiyini tənqid edib.
Lavrov görüş zamanı ABŞ-ı hərbi müdaxilələrlə yanaşı Venesuellanın daxili işlərinə müdaxilə etməmək barədə xəbərdarlıq da edib.
Firuzə Alimova / Sfera.az