Atasının qollarında can verən tələbənin qətlinin TƏFƏRRÜATI

Atasının qollarında can verən tələbənin qətlinin TƏFƏRRÜATI
Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin tələbəsi Rəşad Fətullayev qətlə yetirilib.

Unikal.org xəbər verir ki, dəhşətli qətlin təfərrüatları ilə bağlı məlumatlar əldə edilib.

Yaxınlarının verdiyi məlumata görə, qətlə yetirilən Rəşad Fətullayev N.Quliyev adına 9 nömrəli tam orta məktəbi bitirib. Mərhum 540 balla Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin 1-ci kurs tələbəsi imiş. O, qış imtahanlarını verib Şirvan şəhərinə ailəsinin yanına gedib. Hadisə baş verən gün mərhum Şirvan şəhərinin Heydər Əliyev prospektində yerləşən atası Rauf Fətullayevə məxsus mağazada olub. Bu zaman yaxınlıqda kirayə qalan Adıgözəlov Amil Mahir oğlu Rəşad Fətullayevi vuracağı ilə hədələyib. O isə qatilə buna inanmadığını, önu öldürə bilməyəcəyini deyib. Bu zaman qatil üzərində olan bıçaqla onu ürəyindən vurub. Ağır xəsarət alan Rəşad Fətullayev özünü yaşadığı evə çatdırsa da,  atasının qucağında can verib. Rəşadın özündən kiçik, 10-cu sinifdə oxuyan bir qardaşı da var.  Həmçinin Rəşad Fətullayev "hə"si olub, yaxın zamanda nişanı olacaqmış.

 

Dəhşətli qətli törədən Adıgözəlov Amil Mahir oğlunun tüfeyli həyat tərzi keçirdiyi, Şirvan şəhərində fəhləlik etdiyi bildirilir.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, Sabirabad rayon sakini A.Adıgözəlov Şirvan şəhər polis idarəsi əməkdaşları tərəfindən saxlanılıb.


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...