Fransada iti hürən şəxslər cəzalandırılacaq - Qadağa
19:39 / 13.02.2019
4820
Fransada qəsəbələrdən birində bələdiyyə sədri səs-küyün
qarşısını almaq üçün itlərin hürməsini
qadağan edib.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, qadağanın tətbiq edildiyi qəsəbənin adı Feuquieres-dir.
Bu barədə açıqlama verən bələdiyyə sədri Jean-Pierre Estienne qadağanı qəsəbədə gecə-gündüz hürən və dözülməz vəziyyət yaradan itlərə qarşı tətbiq etdiyini deyib. Belə ki, dayanmadan və təkrarlanaraq hürən itlərin sahibləri 68 avro pul cəzası ödəməli olacaqlar.
Qadağa heyvan hüquqları müdafiəçilərinin diqqətini çəkib. Bələdiyyə sədri isə məqsədlərinin itlərə qadağa qoymaq deyil, yaranmış gurultu və səs-küyün qarşısını almaqdır, deyərək özünü müdafiə edib.
Sfera.az