Millimizin baş məşqiçisi ildə 300 min avro alacaq
İdman
10:49 / 13.02.2019
2959
Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviçlə bağlı Xorvatiya mətbuatında növbəti iddia ortaya atılıb. Həmkarlarımız 53 yaşlı mütəxəssisin illik maaşını açıqlayıblar.
Bildirilir ki, Yurçeviç özündən əvvəlki baş məşqçilərdən - Berti Foqts və Robert Prosineçkidən qat-qat az maaşa çalışacaq. Belə ki, onun illik məvacibinin 300 min avro olacağı vurğulanıb.
Xorvatiya KİV-də Zaqreb "Dinamo"sunun sabiq çalışdırıcısının Azərbaycan millisində əcnəbi sələflərindən 3 dəfə az qazanacağı yazılıb: "Foqts və Prosineçki Azərbaycanda ilinə təxminən 1 milyon avro alırdı. Yurçeviç isə yerli assosiasiya ilə bundan az məbləğə işbirliyinə razılıq verib".
Qeyd edək ki, Nikola Yurçeviçlə 1+2 illik müqavilə imzalanıb.